9 Yanvar 2018 10:50
1 689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 8-də Bakı Metropoliteninin “Ulduz” stansiyasında intihar edən şəxsin görüntüləri yayılıb.

Teleqraf.com xəbər verir ki, özünü qatarın altına atan Mustafazadә Rәşad Gəncədə yaşayıb. O, daxili turizmlə məşğul olub. Bölgələrə səfər təşkil edib.

22 yaşlı gənc bu yaxınlarda Glamour Center MMC adlı şirkətə direktor vəzifəsinə təyin olunubmuş.

Bir çox dövlət tədbirlərində, toylarda ifa edən Mustafayev həm də müğənni kimi fəaliyyət göstərib. Bu yaxınlarda isə skripka dərsləri almağa başlamışdı.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, intihar edən gənc cinsi azlığın nümayəndəsi olub.

Xatırladaq ki, ötən gün metronun “Ulduz” stansiyasında Rәşad Mustafazadә özünü qatarın altına atıb. 15 saylı qatar gəncin üstündәn keçәrәk, onu iki yerә bölüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər