İranın qərbində 4,0 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com-un məlumata görə, yeraltı təkanların episentri Şuştər şəhərindən 23 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.