İrəvan-Saratov reysini həyata keçirən sərnişin təyyarəsi Moskvada təcili eniş edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı “Saratov” aviaşirkəti məlumat yayıb.
Məlumata görə, Saratovda müşahidə edilən qatı duman təcili enişi zəruri edib:
“Moskvadan Saratov istiqamətli bütün uçuşlar təxirə salınıb. İrəvandan uçan təyyarə isə Domodedova aeroportunda eniş etməli olub”.