Bilal Nağıyev bu gün səhər saatlarında tapılıb.
Bu sözləri Teleqraf.com-a İsmayıllı rayon polis şöbəsindən bildiriblər.
Məlumata görə, 2000-ci il təvəllüdlü Bilal Nağıyev qohumlarında gecələyib: “Dünən ailəsindən, valideynlərindən xəbərsiz qohumu evinə gedibmiş. Bu gün səhər qayıdıb. Heç bir problem yoxdur”.
Qeyd edək ki, DİN-in mətbuat xidmətinin Şəki regional qrupu 2000-ci il təvəllüdlü Bilal Nağıyevin martın 27-də səhər saatlarında İsmayıllı rayonunda yaşadığı evdən məktəbə getmək adı ilə çıxıb geri qayıtmadığı barədə məlumat yaymışdı.