Bu gün Yaponiyada 7 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com TASS-a istinadla xəbər verir ki, zəlzələ Honsyu adasının mərkəzindəki Qumma əyalətində qeydə alınıb.
Yaponiya Meteoroloji İdarəsinin məlumatına görə, zəlzələnin ocağı Yer səthinin 20 kilometr dərinliyində yerləşir. Yeraltı təkanın baş verdiyi ərazidə elekrik verilişinin stabil olaraq qaldığı deyilir. Hələlik zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsinin olmadığı bildirilir.
Zəlzələ barədə böhran qərargahı yaradılıb.