Ağstafa rayonunda yol qəzası baş verib.
Qəza nəticəsində iki nəfər xəsarət alıb.
Qəza zamanı 1990-cı il təvəllüdlü Nərmin Osmanova qucağındakı 1 yaşlı oğlu ilə birgə özünü maşından yerə atıb.
Müxtəlif bədən xəsarətləri alan qadın övladı ilə birgə xəstəxanaya yerləşdirilib. Onlardan N.Osmanovanın vəziyyətinin orta-ağır, övladının vəziyyətinin isə normal olduğu bildirilir.
Hazırda qəzanın səbəbləri araşdırılır.