Bakıda 3 otaqlı ev yanıb.
FHN-dən Teleqraf.com-a verilən məlumata görə, Xəzər rayonunda ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin lambirdən ibarət tavanı 20 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.