Güney Azərbaycandan olan milli-mədəni fəal Rəhman Qasimi sərbəst buraxılıb.
Teleqraf.com xəbər verir ki, o, şəxsiyyət vəsiqəsini girov qoyduqdan sonra Təbriz həbsxanasından azad edilib.
Azərbaycanlı fəal oktyabrın 29-da Təbrizdə İranın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq, naməlum istiqamətə aparılmışdı. Onun saxlanma səbəbi barədə hələlik heç bir məlumat yoxdur.
Rəhman Qasimi urmiyalı qadın fəal Ulduz Qasiminin qardaşıdır. Bacı-qardaş mədəni fəaliyyətlərinə görə dəfələrlə İranın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.