Bu gün Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobilin vurub öldürdüyü süpürgəçi qadının şəxsiyyəti müəyyənləşib.
Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Publika.az-a bildirib ki, “Hyundai” markalı, 90 DX 135 dövlət qeydiyyat nişanlı avtomobilin vurub öldürdüyü MKİS işçisi 1948-ci il təvəllüdlü Eyvazova Bəsti Dostəli qızıdır, O, hadisə yerindəcə keçinib.
**
Bakıda avtobus süpürgəçi qadını vuraraq öldürüb.
Məlumata görə, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun “Neftçilər” stansiyası yaxınlığında qeydə alınıb. “Daewoo” markalı avtobus yolda təmizlik işləri aparan Bəsti (soyadı hələlik məlum deyil) adlı qadını vuraraq öldürüb.
Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Bakıda əvvəllər də süpürgəçilərin müxtəlif nəqliyyat vasitələri tərəfindən vurularaq öldürülməsi hadisələri baş verib./Report/