13 Noyabr 2018 12:13
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonunun Mirzalıbəyli kəndi ərazisində Gərənə kənd sakini İlqar Qarayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakinləri Şamo Yusifovu və Şamo Rüstəmovu vurub.

Nəticədə Şamo Rüstəmov hadisə yerində ölüb, Şamo Yusifov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Bərdə rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov