Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Z.Bünyadov prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən 25-30 yaşlı kişi vurulub.
Nəticədə həmin şəxs hadisə yerində ölüb.
Araşdırmalarla ölən şəxsin Xəzər rayon sakini Nadir Əliyev olması müəyyən edilib.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nərimanov rayon Polis İdarəsinin 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Toyota” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini Rəsul Atayev olması müəyyən edilib.
O, saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.