Ukrayna Maliyyə Nazirliyinin binasında yanğın başlayıb.
Teleqraf.com xəbər verir ki, şiddətli yanğına görə, binadakılar təxliyyə edilib.
Ukrayna Fövqaladə Hallar Nazirliyindən bildirilib ki, yanğına səbəb binanın liftindəki elektrik naqillərində baş verən qısaqapanma olub.
FHN-in mətbuat katibi Svetlana Vodolaqa hələlik yanğının qarşısını almağın mümkün olmadığını bildirib.