Türkiyədə İstanbul vilayətinin Maltepe rayonunda platik məmulatları istehsalı fabrikində yanğın baş verib.
Teleqraf.com xəbər verir ki, yanğın səhər 05:30-da başlayıb. Qeyd olunur ki, alışma binanın birinci mərtəbəsində başlayıb və daha sonra üst mərtəbələrə yayılıb.
Yanğının səbəbləri hələlik məlum deyil, hadisə yerində yanğınsöndürənlər çalışır.