11 Dekabr 2018 10:48
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubada 19 yaşlı oğlanın itkin düşməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.

Məlumata görə, Quba rayonunun Aşağı Atuc kənd sakini, 19 yaşlı Elmar Məmmədov dekabrın 7-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

“Elmar Məmmədovun əlamətləri belədir: boyu 180-185 sm., orta bədən quruluşlu, ağbəniz və uzunsov sifətli, saçlarının rəngi şabalıdı, sol qolunun bilək nayihəsində əməliyyat izləri var. Evdən çıxan zaman onun əynində qara rəngli qış gödəkcəsi və qara rəngli qış ayaqqabıları olub.

Şəkildə gördüyünüz gənci tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Quba rayon Polis şöbəsinə 02333-5-35-11, 02333-5-43-02 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur” – deyə məlumatda qeyd olunub.


Müəllif: Hacı Zeynalov