6 Mart 2019 13:04
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qadınları fahişəliyə cəlb edən şəxs barəsində cinayət işi başlanıb.

Teleqraf.com xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində paytaxt sakini Ülkər Mustafayeva həbs edilib.

O, Binəqədi rayonu ərazisində əxlaqsızlıq yuvası təşkil edib və bir neçə yüngül həyat tərzi keçirən qadını fahişəliyə cəlb edib.

Ülkər Mustafayeva qadınları pul müqabilində kişi müştərilərlə görüşdürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər