Gəncə şəhərində kişi və qadın bıçaqlanıb.
Teleqraf.com-un məlumatına görə, şəhər sakinləri - 1989-cu il təvəllüdlü Amin Xəlil oğlu İsmayılov və 1985-ci il təvəllüdlü Gülmirə Camal qızı Abbasova bıçaq xəsarətləri ilə Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Onların hər ikisi əməliyyat olunub.
İlkin məlumatlara görə, G.Abbasovanı A.İsmayılov bıçaqlayıb və daha sonra sol döş nahiyəsindən özünə bıçaqla xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.