26 Mart 2019 11:40
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərinin Nizami rayonu ərazisində "Diqlas" ticarət mərkəzindən yanğın davam edir.

Yanğın 4 mərtəbəli ticarət mərkəzinin böyük bir hissəsinə yayılıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, həmçinin 6 təcili tibbi yardım briqadası cəlb olunub.

Qeyd edək ki, yanğın səhər saatlarında baş verib./Trend/


Müəllif: Teleqraf.com