29 Aprel 2014 18:45
1 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elmar Məmmədyarov: “İkitərəfli strateji çərçivəni inkişaf etdirmək üçün Aİ ilə yaxından işləməyə hazırıq”

“Azərbaycan Cənubi Qafqaz regionunun aparıcı iqtisadiyyatına malik bir ölkə kimi Vişeqrad Qrupu (V4) ölkələrinin ən iri ticarət tərəfdaşıdır. Keçən il Azərbaycanın V4 ölkələri ilə ticarət dövriyyəsi 1 milyard ABŞ dollar təşkil edib və bunun artmaqda olduğunu məmnuniyyətlə qeyd etmək istərdik. Sevindirici haldır ki, hər iki tərəf ticarət portfelinin şaxələndirilməsi üçün ənənəvi enerji sektorundan kənara çıxaraq və qeyri-neft sektorunun yaratdığı kənd təsərrüfatı, tikinti, ağır sənaye və əczaçılıq kimi sahələrdə də imkanlardan yararlana bilmişdilər. Həmçinin Azərbaycan qeyri-neft sektoruna investisiyalar baxımından V4 ölkələri üçün olduqca cəlbedici bazar olaraq qalmaqdadır”.

Teleqraf.com xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov Vişeqrad Qrupu – Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin Budapeştdə keçirilən görüşündə bildirib.

Nazir qeyd edib ki, Azərbaycan Cənub Qaz Dəhlizinin reallaşmasına imkan yaratmaqla, Avropanın enerji təhlükəsizliyinin təminatını dəstəkləmək üçün təəhhüd götürüb: “Azərbaycanla Avropa İttifaqı arasında 2011-ci ildə Cənub Qaz Dəhlizinə dair strateji baxımdan əhəmiyyətli birgə bəyannamənin qəbul olunmasından sonra bu xüsusda olan əzmimizin təzahürü kimi dəhlizin tez bir şəkildə inkişafı üçün tərəfimizdən əsas addım atılıb. Trans-Anadolu qaz kəməri, Cənub Qaz Dəhlizinin strateji orta komponenti kimi, tənzimləmə və kommersiya baxımdan müəyyənlik yaradaraq, tərəfdaşlarımızı əmin edib ki, Azərbaycanın təbii qazı Avropaya çatdırılacaq. Keçən yay Azərbaycan qazının Avropadan olan tərəfdaşlara çatdırılması üçün Trans-Adriatik boru xətti seçilib. Son olaraq, keçən dekabrda Şah dəniz II layihəsi ilə əlaqədar yekun investisiya qərarları qəbul edilib. Beləliklə, qarşıdan gələn 4-5 ildə istismara veriləcək Trans-Anadolu və Trans-Adriatik boru kəmərləri Cənubi Avropadan olan tərəfdaşlarımızın strateji enerji tələbatını qarşılayacaq və Mərkəzi Avropaya ixrac üçün gələcək yeni həcmləri müəyyən edəcək. Şah dəniz II eləcə də Avropanın enerji infrastrukturunda qarşılıqlı bağlılığı artıracaq. Biz Aİ ilə əməkdaşlığımızın hüququ bazasının gücləndirilməsini alqışlayırıq. Bu yaxınlarda vizaların sadələşdirilməsi və readmissiya, eləcə də yerdəyişmə üzrə tərəfdaşlıq haqqında razılaşmaların imzalanması vətəndaşlarımız arasında daha sıx təmaslar üçün imkanlar yaradacaq”.

E.Məmmədyarov Aİ-nin assosiasiya sazişi barədə də danışıb: “Sizin hamınız razılaşarsınız ki, inteqrasiya istək və imkanlar kimi iki mühüm meyarın icrasını nəzərdə tutan coxşaxəli prosesdir. Azərbaycan ardıcıl olaraq, birtərəfli prioritetlərdən qaynaqlanan məhdud sahələrlə özünü məhdudlaşdırmaq əvəzinə, özünün imkanlara əsaslanan istəyini vurğulayaraq, daha məqsədyönlü və müxtəlif gündəliyin inkişafının tərəfdarı olub. Biz hesab edirik ki, Aİ tərəfindən indi təklif olunan assosiasiya çərçivəsi Azərbaycanın və Aİ-nin ehtiyaclarını əks etdirmir. Biz ikitərəfli strateji çərçivəni inkişaf etdirmək üçün Aİ ilə yaxından işləməyə hazırıq.

Səxavət


Müəllif:

Oxşar xəbərlər