Bakıda orta məktəb şagirdi yıxılaraq xəsarət alıb.
Hadisə F.Gözəlov adına 124 nömrəli tam orta məktəbdə qeydə alınıb.
Belə ki, məktəbin 13 yaşlı şagirdi E.D. yıxılaraq yüngül xəsarət alıb.
O, dərhal təcili yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Səhiyyə Nazirliyindən bildirilib ki, məktəbli müayinə olunub və heç bir travması olmayıb. O, bu gün evə buraxılacaq./report/