Bərdə Doğum Evində daha bir uşaq doğuş zamanı ölüb.
Teleqraf.com qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Gərənə kənd sakini, 1998-ci il təvəllüdlü Günay Babayeva aprelin 16-da "vaxtından əvvəl cərrahiyyə doğuşu" diaqnozu ilə doğum evinə daxil olub. Hər ikisi qız olan əkiz uşaqlardan biri aprelin 19-da doğum evində ölüb. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmə-tibb ekspertizası təyin edilib.
Qeyd edək ki, son aylarda Bərdə Doğum Evində uşaq ölümü tez-tez təkrarlanır. Yalnız fevral ayında orada 5 uşaq vəfat edib