22 Aprel 2019 17:57
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda körpə ölümü baş verib.

Rayonun Muğanlı kənd sakini, 1979-ci il təvəllüdlü Vüsalə Novruz qızı Bəşirova vaxtından əvvəl cərrahiyyə doğuşu diaqnozu ilə Bərdə rayon Doğum Evinə daxil olub. Ancaq həkimlərin səylərinə baxmayaraq, yeni doğulan körpə xəstəxanada ölüb.

Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin müdiri Tünzalə Quliyeva "Report"a bildirib ki, V.Bəşirova beşinci hamiləliyi ilə tibb ocağına qəbul edilib. Əvvəlcə qadın müayinə edilib və 34-35 həftəlik olan uşağın ürək döyüntülərinin olmadığı, ana bətnində öldüyü müəyyənləşib. Nəticədə əməliyyatla ölü uşaq ana bətnindən götürülüb.

Şöbə müdiri deyib ki, qadın 5 dəfə hamiləlik dövrü yaşasa da, yalnız bir uşağı var: "Onun digər hamiləlik dövründə də uşaqları ana bətnində ölüb. Eyni zamanda qadın hamilə kimi xəstəxananın doğum məsləhətxanasında qeydiyyatdan keçməyib. Həkim müayinəsi və müalicəsi aparılmayıb".

Faktla bağlı araşdırma aparılır./Report/


Müəllif: Teleqraf.com