Avtomobil qəzası keçirən Əməkdar artist Mehriban Xanlarovanın səhhəti pisləşib.
Teleqraf.com xəbər verir ki, aktrisanın İnstaqram səhifəsində yaxınları paylaşım edərək, onun səhhətinin pişləşdiyi vurğulanıb:
"Keçirdiyi avtomobil qəzası nəticəsində Mehriban xanımın səhhətində ciddi problemlər yaranıb. Hal-hazırda vəziyyəti orta ağırdır. Dualarınıza ehtiyacı var".
Qeyd edək ki, qəza Qaradağ rayonunun Səngəçal qəsəbəsində baş verib. Aktrisanın ayağı əzilib. Yaralılar Klinik Tibbi Mərkəzə gətiriliblər. Ötən gün aktrisanın vəziyyətinin yaxşı olduğu açıqlanmışdı.