14 İyun 2019 16:36
1 519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər prokurorluğu Yasamalda baş verən intiharla bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, iyunun 14-də paytaxtın Yasamal rayonu, Dadaş Bünyatzadə küçəsində yerləşən yaşayış binalarının birində 10-cu mərtəbədə yerləşən mənzildə yaşayan 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə və sonuncunun qızı 1990-cı il təvəllüdlü Mahmudova Xədicənin özlərini yaşadıqları mənzilin pəncərəsindən yerə ataraq intihar ediblər.

Fakt üzrə Yasamal rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb ekspertizaları təyin edilib və hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

***

15:16

Bakının Yasamal rayonunda intihar hadisəsi qeydə alınıb.

Teleqraf.com-un xəbərinə görə, rayon ərazisində ana və qızı yaşadıqları binanın 10-cu mərtəbəsindən özlərini atıb.

Nəticədə onların hər ikisi hadisə yerindəcə keçinib.

İntihar edən şəxslərin 1964-cü il təvəllüdlü Rübabə Allahverdiyeva və qızı, 1990-cı il təvəllüdlü Xədicə Allaherdiyeva olduğu müəyyən edilib.

İntihar edən şəxslər “Respublika” qəzetinin baş redaktorunun müavini İsmail Allahverdiyevin həyat yoldaşı və qızıdır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər