17 İyun 2019 13:29
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran rayonunda 63 yaşlı qadın çaya yıxılaraq ölüb.

Hadisə rayonun Sütəmurdov kəndi ərazisində qeydə alınıb.

Kənd sakinləri orta yaşlı qadının hündürlükdən aşağı düşdüyünü görüb polisə xəbər veriblər. Hadisə yerinə xilasedicilər və təcili yardım briqasası cəlb olunub. Qadının cansız bədəni sudan çıxarılıb.

Məlumata görə, ölən şəxs azərbaycan əsilli Ukrayna vətəndaşıdır. 1956-cı il təvəllüdlü Solmaz Sahib qızı Nəsirova Lənkəran rayonunun Kərgəlan kəndində doğulub. Ailə qurduqdan sonra Rusiyaya köçüb. Ailəlidir, üç övladı var. Bakı şəhərində yaşayırmış.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır./report/


Müəllif: Teleqraf.com