Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Fransa parlamentinin bir qrup üzvünün rəsmi Bakının icazəsi olmadan Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsinə münasibət bildirib.
Səfir APA-ya bildirib ki, senatorların işğal olunmuş torpaqlara səfəri və səsləndirdikləri fikirlər Fransanın mövqeyini əks etdirmir: “Fransa demokratik dövlətdir. Onların hər hansı çıxışı və hərəkəti Fransanın mövqeyi deyil. Bu, onların şəxsi işi və təşəbbüsüdür. Fransa dövlət olaraq buna görə məsuliyyət daşımır. Əvvəllər də dəfələrlə demişəm və bir daha qeyd edirəm ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir”.
Qeyd edək ki, Fransa senatının bir neçə üzvü rəsmi Bakının razılığı olmadan Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib.