24 İyun 2019 17:38
1 882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan faunasında belə bir ilan növü yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov Ağsuda tapıldığı iddia olunan əjdahaya bənzər ilan haqqında yayılan xəbərlərə münasibət bildirərkən deyib. O bildirib ki, bu xəbər reallığı əks etdirmir:

“Bizdə Azərbaycan faunasının 250 illik tarixi var və orda bu ilan növü haqında heç bir məlumat yoxdur. Bəzi insanlar belə yalan məlumat yaymaqla insanlar arasında təşviş yaratmaq istəyirlər. Belə şeylərə inanmaq lazım deyil. Çünki bu xəbərlər reallığı əks etdirmir”.

Xatırladaq ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 150-ci kilometrliyində Ağsu aşırımında istirahət edən şəxslərdən biri dərədə boz rəngli, təxminən 1,5 metrdən uzun olan ilanabənzər buynuzlu vəhşi heyvan gördüyünü və ətrafdakıların yardımı ilə onu məhv etdiyini bildirib.

Qeyd edık ki, sözügedən əjdahaya bənzər ilan ötən il İranda aşkarlanıb və lentə alınıb.

***

15:25

Ağsu rayonunda qorxunc ilan öldürülüb.

Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 150-ci kilometrliyində, Ağsu dolaylarında baş verib.

Ağsu aşırımında istirahət edən şəxslərdən biri axşam saatlarında dərədən qəribə səs eşidib. Həmin şəxs bunu keçi səsinə oxşadıb və dərəyə enərkən üzləşdiyi mənzərədən dəhşətə gəlib. Dərədə boz rəngli, təxminən 1,5 metrdən uzun olan ilanabənzər buynuzlu vəhşi heyvanı görən şəxs yaxınlıqdakı yerləşən kafedən kömək istəyib. Həmin şəxslərin köməyi ilə ilanı zərərsizləşdirmək mümkün olub.

Öldürülən vəhşi sürünənin bədən hissəsi təhlükəli "Qafqaz gürzəsi"nə bənzəyir. Heyvanın kiçik ayaqlarının da olduğu bildirilir./trend/


Müəllif: Teleqraf.com