26 İyun 2019 15:01
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 26-da Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi yaxınlığında baş vermiş yanğın nəticəsində təqribən 6 hektar ərazidə quru ot, kol-kos, ətrafa dağılmış tikinti materialları (istifadəyə yararsız), bəzi həyatyanı sahələr yanıb.

Teleqraf.com xəbər verir ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülkü müdafiə qoşunlarının canlı qüvvəsi və texnikası cəlb edilib.

Həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Daxili İşlər, Səhiyyə nazirlikləri,, Baş Prokururluq, Azərsu, Azərişıq, Bakı Şəhər İcra Hakimiyyətii və digər aidiyyəti qurumların nümayəndələri hadisə yerinə cəlb olunublar.

Birgə səylər nəticəsində qısa zamanda yanğın söndürülüb, insan tələfatına yol verilməyib.

***

14:45

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı (BŞİH) Eldar Əzizov Xətai rayonu, Zığ şossesində fərdi yaşayış evlərində yanğın baş verən əraziyə gedib.

Teleqraf.com xəbər verir ki, yanğınla bağlı qərargah yaradılıb.

***

14:25

Bakı şəhəri, Xətai rayonu, Zığ şossesində fərdi yaşayış evlərində yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumat görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı (BŞİH) Eldar Əzizov Xətai rayonu, Zığ şossesində fərdi yaşayış evlərində yanğın baş verən əraziyə gedib.

E.Əzizov "Report"un hadisə yerində olan müxbirinə açıqlama verib.

İcra başçısı bildirib ki, mütəxəssislər real vəziyyəti təhlil edərək rəy hazırlayacaqlar: “Gördüyünüz kimi, yanğın bir evdə qeydə alınıb və hazırda nəzarətə götürülüb. Hadisənin səbəbləri araşdırılır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər