10 İyul 2019 11:59
1 323
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, İranın Piranşəhir şəhərində baş verən terror aktı zamanı 3 nəfər həlak olub.

Teleqraf.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu (SERPAH) hadisə ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilib ki, Kürdüstan Demokrat Partiyasının silahlıları Piranşəhirdə SEPAH-ın mövqelərinə hücuma edib. Hücum nəticəsində 3 iranlı hərbçi həyatını itirib.

Bir nəfər isə yaralanıb.

***

11:42

İranın Qərbi Azərbaycan əyalətinin Piranşəhər qəsəbəsində İnqilab Keşikçiləri Korpusunun əsgərlərinə hücum edilib.

Teleqraf.com xəbər verir ki, hücum nəticəsində İnqilab Keşikçiləri Korpusunun 3 əsgəri öldürülüb, bir əsgər isə yaralanıb.

Məlumata görə, əsgərlər İnqilab Keşikçiləri Korpusunun avtomobilində öldürülüb.

Hələlik hücuma görə məsuliyyətiheç bir terror təşkilatı üzərinə götürməyib.


Müəllif: Cavad, Mənsur Rəğbətoğlu