Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan İsrailin müdafiə naziri Moşe Yaalonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüş əsnasında Azərbaycan və İsrail arasında mövcud əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub və müxtəlif sahələr üzrə əlaqələrin inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu qeyd olunub.
Görüşdə qarşılıqlı maraq doğuran sahələr üzrə fikir mübadiləsi aparılıb.
Səxavət