15 İyul 2019 12:14
1 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Daş Salahlı kəndi ərazisində qeydə alınıb.

Çaylı kənd sakini E.Qocayev idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən kənd sakini – 12 yaşlı Məhəmməd Aqqıraxlını vurub.

Nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qazax rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov