10 Sentyabr 2019 21:25
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli üçotaqlı evdə yanğın baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində ev əşyaları ilə birlikdə yanıb.

Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib. Bitişik talvar yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Müəllif: Teleqraf.com