27 Noyabr 2019 14:35
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, 18-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini X.Ağayev noyabrın 22-də Təbriz küçəsində bir nəfərin onu bıçaqla hədələyərək mobil telefonunu aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Neftçala rayon sakini İ.Nağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər