Kamçatka sahillərində 5.6 bal gücündə zəlzələ baş verib, zərər çəkən və sunami təhlükəsi yoxdur.
Zəlzələ 40 kilometr dərinlikdə baş verib. Zəlzələnin episentri Petropavlovsk-Kamçatskdan 130 kilometr şərqdə yerləşib.
Rusiyanın FHN-in xilasediciləri, yanğınsöndürənləri və yerli idarələrin əməliyyat qrupları yeraltı zərbə olan yaşayış məntəqələrindəki sosial əhəmiyyətli obyektləri və digər binaları yoxlayır. Əməliyyat qruplarından gələn məlumata görə, dağıntılar, qurbanlar və yaralananlar yoxdur. /Trend/