9 Yanvar 2020 17:49
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə sahəsində aktivlik davam edir.

Teleqraf.com-un xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

O deyib ki, ilkin araşdırmaların nəticələrinə görə sürüşmənin məişət sularının torpağa axıdılması və atmosfer çöküntülərinin təsiri nəticəsində torpaq kütləsinin ağırlaşması səbəbindən baş verdiyi ehtimal olunur.

Araşdırma və müşahidələr davam etdirilir.

***

10:17

"Sürüşmə baş verən ərazidə yaşayış evləri yoxdur".

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

O qeyd edib ki, hazırda sürüşmə sahəsində aktivlik müşahidə olunur.

***

09:51

“9 yanvar 2019-cu ildə səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib".

Bunu Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O qeyd edib ki, hazırda sürüşmə sahəsində aktivlik müşahidə olunur: "Tərəfimizdən ərazidə monitorinqlər aparılır. Hazırda sürüşmə prosesi davam edir. Təhlükə olub-olmaması barədə aidiyyatı qurumlar gəlib baxış keçirib, qərar qəbul edəcəklər”.

Onun sözlərinə görə, yolun hərəkət hissəsinə tökülən kütlə tamamilə götürülməlidir:

“Proses tam dayandıqdan sonra nəsə demək olar. Hazırda baş verən sürüşmə prosesi 2018-ci ildə baş verən hissədə yerindən tərpənmiş kütlənin üzərində gedir".

Xatırladaq ki, Bakının Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində yenidən sürüşmə qeydə alınıb.

***

09:26

Bakının Səbail rayonu, Badamdar qəsəbəsi Badamdar şossesində sürüşmə 30 metr ərazini əhatə edir.

Sürüşmə nəticəsində Badamdar yolu bağlanıb və torpaq ərazidəki restoranın divarlarına qədər çatıb./Report/

***

08:55

Bakının Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində yenidən sürüşmə qeydə alınıb.

Report xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər