13 Yanvar 2020 23:38
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada yeni epidemioloji mövsümdə qrip və kəskin respirator virus infeksiyasından daha bir ölüm faktı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, A qrip virusu ilə xəstəxanaya yerləşdirilən 31 yaşlı hamilə qadının həyatını xilas etmək mümkün olmayıb. O qripə qarşı vaksin olunmayıb.

Qadının bətnində olan uşaq isə cərrahi müdaxilə ilə xilas edilib.

Artıq yeni epidemioloji mövsümdə Ukraynada qrip və kəskin respirator virus infeksiyasından 3 nəfər həlak olub. 2020-ci ilin ikinci həftəsində təkcə paytaxt Kiyevdə 7 minə yaxın insan qripə yoluxub.

Səhiyyə Nazirliyi əhalini qripə qarşı vaksin olunmağa çağırıb.

Qeyd edək ki, ötən epidemioloji mövsümdə Ukraynada qrip və kəskin respirator infeksiyasından 63 nəfər ölüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər