23 Yanvar 2020 12:35
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini D.Əhmədov yanvarın 16-da saat 23 radələrində rayon ərazisindəki qəbiristanlıqda 3 nəfərin onu bıçaqla hədələyərək 600 manat tələb etmələrini, olmadığını dediyindən döyüb mobil telefonunu aldıqlarını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən A.Muradlı polis əməkdaşları tərəfindən saxlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər