5 Fevral 2020 11:40
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Sahil qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Şükürov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Sədaqət Əfəndiyevanı vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov