Bakının Suraxanı rayonunda şirkətlərdən birindən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də MMC-lərdən birinə məxsus fasad divarindan 7245 manat dəyərində 40 ədəd plafon və 23 ədəd limunised lampası oğurlamaqda şübhəli bilinən R.Səmədov saxlanılıb.