Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Xətai rayon Polis İdarəsinin 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də F.Əliyevanın içərisində 350 ABŞ dolları və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini D.Şabirzadə saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.