İsveçin paytaxtı Stokholm şəhərində yaşayan 22 yaşlı azərbaycanlı gənc koronavirus pandemiyasından vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Report-a İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü Nadir Hollenbrand məlumat verib.
Onun sözlərinə görə, 1998-ci il təvəllüdlü Etibar Həsənağa oğlu Salayev ötən gecə dünyasını dəyişib.
Hazırda İsveç vətəndaşı olan azərbaycanlı gəncin yaşadığı şəhərdə, yoxsa Azərbaycanda dəfn edilməsi hələ ki dəqiqləşməyib.