Beyləqan rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Beyləqan rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 1 mağazadan 900 manat pul və geyim əşyaları, 1 evdən isə qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Təzəkənd kənd sakini A.Məmmədzadə saxlanılıb.
Ətrafında aparılmış tədbirlərlə onun Bolsulu kəndindəki evlərdən birinin həyətindən 1320 manat dəyərində yonca toxumu oğurlaması da müəyyən edilib.