19 İyun 2020 23:25
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayonunun Aşağı Bucaq kəndində ümumi sahəsi 126 m2 olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, yanğın nəticəsində evin lambirindən ibarət tavanı 15 m sahədə yanıb. Partlayış dalğasının təsirindən evin giriş qapısı yerindən çıxıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər