Bakının Yasamal rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində naməlum şəxs Bakı şəhər sakini olan R.Tarverdiyevə bıçaqla hədə-qorxu gələrək mobil telefonunu alıb.
Zərərçəkmiş baş verən hadisə ilə bağlı Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinə müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Ü.Qurbanov saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.