4 İyul 23:03
406

Fövqəladə Hallar Nazirliyi paytaxtın Binəqədi rayonunda baş verən yanğın yerindən video yayıb.

Teleqraf.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə Nazirliyin müvafiq qüvvələri cəlb olunub.

Məlumata görə, baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir.

Yanğının söndürülməsi tədbirləri ilə yanaşı, fabrikdə, eləcə də onun anbarında salamat qalmış mal-materialların Nazirliyin müvafiq qüvvələri tərəfindən ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.


Müəllif: Teleqraf.com