9 İyul 11:36
258

Bakının Binəqədi rayonunda oğurıuq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Biləcəri qəsəbəsində naməlum şəxs A.Qafarovun evindən pəncərədən daxil olmaqla 1 500 manat dəyərində 2 ədəd xalça oğurlayıb.

Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Mətin Təhməzov həbs edilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov