Bakının Binəqədi rayonunda evlərdən birinə basqın olub.
Teleqraf.com xəbər verir ki, iyulun 14-də naməlum şəxs rayon ərazisindəki evlərdən birinə girib, ev sahibəsini hədələyib, ondan pul tələb edib.
Zərərçəkmiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.
Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini M.Musayev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.