21 İyul 2020 13:35
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonu ərazisində bıçaqülanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindən A.Naqornıyın kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə 28-ci polis bölməsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini X.Fətəli saxlanılıb.

Faktla Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov