Bakının Xəzər rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki köşklərin birindən 3000 manat dəyərində tütün məmulatı, danışıq kartları və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Orucov saxlanılıb.
Bundan başqa, Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 21-dən 24-dək olan müddətdə Binə qəsəbəsindəki evlərin birindən 2000 manat dəyərində televizor və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri M.Ağayev və C.Kulukayev tutulublar.
Hər iki faktla bağlı cinayət işi başlanıb.