14 Oktyabr 2014 10:00
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxalifət düşərgəsində yeni rəqabət başlayır. Rəqabət aparan tərəflər isə yenə də AXCP və Müsavat Partiyasıdır. Yeni rəqabət isə mitinqlərin keçirilməsinə dairdir. Bu haqda Müsavat Partiyasından bildiriblər.

Adının çəkilməsini istəməyən müsavatçının sözlərinə görə, partiya qurultayından sonra mitinq keçirmək niyyətində olub və bu məsələ hətta dar çərçivədə müzakirə edilib.

Hətta sonradan bu təklif Müsavatın üzvü olduğu Demokratiya və İnsan Hüquqları Mərkəzində də ciddi müzakirə mövzusu olub. Bu qurumda birləşən on siyasi partiya təklifə müsbət yanaşıb. Qərara alınıb ki, hər bir partiya daxili güclərini hesablasın, növbəti görüşdən sonra isə bu haqda müzakirə aparıb yekun qərar versin. Hətta bu məqsədlə mərkəzdə işçi qrupu da yaradılıb.

Mənbə daha sonra qeyd edib ki, Milli Şuranın 12 oktyabrda keçirdiyi mitinqdən sonra Müsavat Partiyasında mitinq müzakirələri yenidən başlanıb. Müsavat Arif Hacılının başqanlığı altında yeni mitinq keçirməyə hazırlaşır. Mitinqin nə zaman olacağı hələlik bəlli deyil. Mənbə qeyd edir ki, bunun üçün ilk olaraq Müsavatın daxilində yaranan problemlər yoluna qoyulmalı, rayon təşkilatlarında yaranan vəziyyət nəzarətə alınmalıdır.

Yeri gəlmişkən, artıq Müsavat Partiyasında aksiya ilə bağlı ilkin mesajlar verilir. Xalq Partiyasının sədri Pənah Hüseyn “Müsavat Partiyası və AXP mitinq keçirsə, Milli Şura rəhbərliyi mitinqə qatılsa, onların dünənki mitinqdə sizlərə qarşı davranışını siz də onlara qarşı edəcəksinizmi?” sualına bu formada cavab verib: “Bu artıq başqa mövzudur. Hər bir siyasi qüvvənin, siyasi liderin özünə xas ənənəsi var. Sizin dediyiniz aksiyalar güman edirəm ki, olacaq. O zaman suala da cavab alarsınız”.

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər