Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Məmmədov idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən qəsəbə sakini Müşfiq Həsənalıyevi vurub.
Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.